Miri Yusif "Yaşıl Teatr"da konsertə hazırlaşır

 

Məşhur müğənni, Xalq artisti Miri Yusif Bakıda üç günlük konsert verəcək.


LİVE.az xəbər verir ki, sənətçi 1,2,3 iyul tarixində Yaşıl Teatrda canlı solo konsert proqramı ilə çıxış edəcək.

 Mir Yusif sosial şəbəkə hesabında baş tutacaq konserti ilə bağlı bunları yazıb: "Əziz ruh əkizlərim! Artıq heç nə əvvəlki kimi olmayacaq..
Daha yaxşı olacaq! Çətin keçən 2 ilin ardından gəlin karantin dövrünün bütün neqativ enerjisini və pis xatirələrini bir yerdə ataq. 1, 2 və 3 iyul tarixlərində, Aznar-ın təqdimati ilə Azərbaycanın ən böyük yay səhnəsi "Yaşıl Teatr"da sizinlə olacam. Bu konsert ənənəvi Miri Yusif konsertləri üçün yeni bir başlanğıcdır. Sizlərin xoş aura yaşamasına səbəb olmaq mənim üçün çox özəldir. Gəlin, bir yerdə əylənək".

Qeyd edək ki, Miri Yusifin 24 may 2020-ci il "Crystal Hall"da keçirilməli olan və pandemiya səbəbinə görə təxirə salınan konsertinə alınan bütün biletlər 1,2,3 iyul 2022-ci il tarixində "Yaşıl Teatr"da baş tutacaq konsertlərə dəyişdirmək mümkündür.

Təşkilati dəstək - SS production.
 
Konsertə biletləri iticket.az saytından və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri