Bəhram Bağırzadənin paylaşdığı video etirazla qarşılandı, üzr videosu yayıldı

Əməkdar artist Bəhram Bağırzadə bir neçə gün əvvəl sosial şəbəkələrdə yayılan videosuna görə üzr istəyib.

LIVE.az xəbər verir ki, o, instaqram səhifəsində videoya çəkdiyi şəxslə birgə görünüb və həmin hadisədən danışıb.

Bağırzadə bildirib ki, həmin şəxslə eyni məhəllədə yaşayır:

“İki gündür yatmıram. Narahatlıq keçirirəm. Çünki bir Allah bəndəsinin haqqını yemişəm və qəlbinə toxunmuşam”.

///

Əməkdar artist Bəhram Bağırzadənin sosial şəbəkə hesabındakı son paylaşımı etirazla qarşılanıb.

O, küçədə duran bir şəxsə “camaata məsləhətin nədir” sualı ilə yaxınlaşıb.

Həmin şəxsin çəkilişə icazə verməməsinə baxmayaraq, Bağırzadə onun sözlərinə məhəl qoymayıb, çəkilişinə davam edib və üstəlik həmin görüntüləri instaqram səhifəsində paylaşıb.

Əməkdar artistin bu hərəkəti kəskin tənqid olunub. Yazılan saysız-hesabsız tənqidi şərhlərdən sonra B. Bağırzadə sözügedən paylaşımı silməli olub.


Media etik qaydaları nəzərə alaraq, onu üzübağlı təqdim edirik:



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri