"Lufthansa" Azərbaycana aviareyslərin sayını artırır

"Lufthansa" Azərbaycana aviareyslərin sayını artırır "Lufthansa" aviaşirkəti Frankfurt-Bakı-Frankfurt marşrutu üzrə aviareyslərin sayını həftədə beşədək artırır. Bu barədə çərşənbə axşamı Trend-ə şirkətdən deyiblər.

Reyslərin sayının artırılması uçuşların yay cədvəlinə keçidi ilə bağlı nəzərdə tutulur. Uçuşlar həftənin bazar ertəsi, çərşənbə günü, cümə axşamı, cümə günü və bazar günləri həyata keçiriləcək.

Aviaşirkətin bu istiqamətdə reysləri Airbus A330 və A340 təyyarələrilə həyata keçirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri