Pakistanda iki partlayış baş verib: 3 ölü, 25 yaralı

Pakistanda iki partlayış baş verib: 3 ölü, 25 yaralı Pakistanın Kəraçi şəhərində, Hindistan köçkünlərinin hüquqlarını müdafiə edən Birləşmiş Millət Hərəkatının seçim bürosu yaxınlığında baş verən iki partlayış nəticəsində, ilkin məlumatlara görə, 3 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

Trend Türkiyənin "Sabah" onlayn-qəzetinə istinadən məlumat verir ki, polis rəisi Zəfər Abbas büronun hədəfə alındığı hücum nəticəsində 3 nəfərin öldüyünü, 25 nəfərin yaralandığını təsdiq edib.

Ardıcıl baş verən partlayışların çox sayda binaya zərər verdiyi deyilir.
Şərhlər
Dünya bölməsinin xəbərləri