Vəfa Zeynalova: "Mən heç bir jurnalistə "əcəb eləmişəm" deməmişəm"

Vəfa Zeynalova: "Mən heç bir jurnalistə "əcəb eləmişəm" deməmişəm" Dünənə Vəfanın videosu yayılandan sonra çoxlu informasiyalar yayılıb.


“Çəkilmişəm, əcəb eləmişəm, kimə nə dəxli var? Neçə gündür ki, jurnalistlər başımı dəng eləyiblər ki, bu nə videodur? Başqa gördüyüm işlərdən niyə yazmırlar, amma bu səhnəni əllərində bayraq ediblər? Özüm bilərəm”.


Live.az xəbər verir ki, Publika.Az-ın yazdığına görə, bunları tanınmış aktrisa Vəfa Zeynalova rejissor Yavər Rzayevin ərsəyə gətirdiyi “İlahi məxluq” filmində erotik səhnəyə çəkilməsinə münasibət bildirərkən belə deyib.


Aktrisa Vəfa Zeynalova dilindən yazılan sözlərin ona məxsus olmadığını bildirib:


“Mən heç bir jurnalistə "əcəb eləmişəm" deməmişəm.


Live.az xəbərinə görə bunu isə MilliAz yazıb.


Bir kəlmə dedim ki, bu haqda danışmaq istəmirəm. Xahiş edirəm heç kim mənim adımdan yalan yazmasın”.


İndi kimin düz, kimin səhv yazdığı bilinmir.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53