Bakıda dumanlı hava gözlənilir

Bakıda dumanlı hava gözlənilir Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Paytaxtda və yarımadada mülayim cənub küləyi əsəcək, havanın temperaturunun gecə 8-13, gündüz 18-23, bəzi yerlərdə isə 27 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında aprelin 28-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək, havanın temperaturu gecə 10-15, gündüz 24-29, dağlarda gecə 2-7, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Şərhlər
Sosial bölməsinin xəbərləri