Foqts Araz Abdullayevi milliyə qaytardı

“Neftçi”nin futbolçusu Araz Abdullayev yenidən Azərbaycan milli komandasına çağırılır. Bu barədə məlumatı apasport.az saytına yığmamızın baş məşqçisi Berti Foqts verib.

O, müsahibəsində bildirib ki, 21 yaşlı yarımmüdafiəçi millimizin qarşıdakı oyununa dəvət alacaq: “Arazla görüşüb söhbət etdik. Əvvəl olanları unutmaq lazımdır. Futbolçu səhvini başa düşür. Mən Arazı da yaxşı anlayıram. Son vaxtlar onun üçün yaxşı keçmir. Bildiyiniz kimi, futbolçu bu yaxınlarda faciə yaşayıb, idarə etdiyi avtomobillə vurduğu qadın dünyasını dəyişib. Abdullayevə dəstək olmalıyıq. Araz görməlidir ki, tək qalmayıb. Onu Lüksemburqla dünya çempionatının iyunun 7-də keçiriləcək seçmə oyununa çağıracağam”.

Qeyd edək ki, Abdullayev millinin toplanışlarından birində komandanın avtobusuna gecikdiyi üçün növbəti hazırlıqlara dəvət almırdı.
Şərhlər
İdman bölməsinin xəbərləri