"Gənclik" metro stansiyasının yanında tunel tipli kompleksin istifadəyə veriləcəyi vaxt bəlli oldu (FOTO)

"Gənclik" metro stansiyasının yanında tunel tipli kompleksin istifadəyə veriləcəyi vaxt bəlli oldu (FOTO) Paytaxtınn "Gənclik" metro stansiyasının yanında, "Qələbə meydanı" adlanan ərazidə tunel tipli kompleksin cari ilin payız aylarında istifadəyə verilməsi planlaşdırılır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.


P.Mürsəliyev deyib ki, "Azəryolservis" ASC-in sifarişi ilə "Gənclik" metro stansiyasının yanında, "Qələbə meydanı" adlanan ərazidə tunel tipli kompleksin tikintisi sürətlə davam etdirilir. Yanaşma yolları ilə birlikdə ümumi uzunluğu 2470 m nəzərdə tutulan tunellərin eni 8,2-16,5m arasında dəyişəcək. Layihə çərçivəsində tunel kompleksinə 6 tunel, 2 yeraltı keçid, "Gənclik" metro stansiyasının 2 çıxışının tikintisi daxildir.


Ötən müddət ərzində Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində uzunluğu 546, eni 16,5 metr olan tunel tamamlanaraq və ölkə başçısının iştirakı ilə açılışı keçirilib. Hazırda 3 tuneldə asfalt-beton örtüyünün alt layının salınması, digər 2 tuneldə döşəmənin betonlanması işləri gedir.


Paralel olaraq tunellərin divarlarının vibrobetonla üzlənməsi və yan yollarda asfaltlanma işləri həyata keçirilir. Bununla yanaşı, layihə üzrə 2 piyada keçidində tikinti işləri başa çatdırılaraq divarların mərmərlə üzlənməsi işlərinə başlanılıb.



"Gənclik" metro stansiyasının yanında tunel tipli kompleksin istifadəyə veriləcəyi vaxt bəlli oldu (FOTO)
"Gənclik" metro stansiyasının yanında tunel tipli kompleksin istifadəyə veriləcəyi vaxt bəlli oldu (FOTO)
"Gənclik" metro stansiyasının yanında tunel tipli kompleksin istifadəyə veriləcəyi vaxt bəlli oldu (FOTO)
"Gənclik" metro stansiyasının yanında tunel tipli kompleksin istifadəyə veriləcəyi vaxt bəlli oldu (FOTO)
"Gənclik" metro stansiyasının yanında tunel tipli kompleksin istifadəyə veriləcəyi vaxt bəlli oldu (FOTO)
"Gənclik" metro stansiyasının yanında tunel tipli kompleksin istifadəyə veriləcəyi vaxt bəlli oldu (FOTO)
"Gənclik" metro stansiyasının yanında tunel tipli kompleksin istifadəyə veriləcəyi vaxt bəlli oldu (FOTO)
"Gənclik" metro stansiyasının yanında tunel tipli kompleksin istifadəyə veriləcəyi vaxt bəlli oldu (FOTO)
"Gənclik" metro stansiyasının yanında tunel tipli kompleksin istifadəyə veriləcəyi vaxt bəlli oldu (FOTO)
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri