Biləsuvarda yanğın olub

Azərbaycanın Biləsuvar rayonunda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) Biləsuvar Rayon Yanğından Mühafizə Hissəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 25-də saat 17.00 radələrində rayonun Səmədabad kənd sakini, 1971-ci il təvəllüdlü Şamil Hacıbaba oğlu İsayevə məxsus ümumi sahəsi 144 kv.m olan 3 otaqlı birmərtəbəli fərdi yaşayış evində qeydə alınıb.

Hadisə yerinə səfərbər olunan iki yanğınsöndürən maşın və canlı qüvvənin səyləri ilə yanğının əhatə dairəsinin genişlənməsinin və onun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmasa da, evə bitişik olan 140 kv.metrlik talvarın 14 kv.m ərazisi, həmçinin həyətdə saxlanan “QAZ-31” markalı yük maşınının mühərriki və kabinə hissəsi yanaraq yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri