"Neftçi" xal itirdi, "Xəzər Lənkəran" məğlub oldu

"Neftçi" xal itirdi, "Xəzər Lənkəran" məğlub oldu Bu gün Azərbaycan Premyer Liqasında final mərhələsinin növbəti oyunları keçirilib.

Trend-in məlumatına görə, "Bakı" "Neftçi"ni qəbul edib. Birinci hissənin 44-cü dəqiqəsində Araz Abdullayev neftçiləri önə keçirib. 76-cı dəqiqədə "Bakı"nın heyətində L.Horvat penalti zərbəsindən yararlana bilməyib. Buna baxmayaraq, düz 7 dəqiqə sonra Mariuş Pena hesaba tarazlıq gətirib (1:1). Matç elə bu hesabla da başa çatıb.

Bakıda keçirilən digər oyunda isə "Rəvan" "Xəzər Lənkəran"la qarşılaşıb. Matçın 76-cı dəqiqəsində lənkəranlılar azlıqda qalıblar - Elnur Abdullayev qırmızı vərəqə alıb. Oyunun son dəqiqələrində X.Varera "Rəvan"a qələbə gətirən qola imza atıb (1:0).

Günün son qarşılaşması Zaqatalada keçirilir. "Simurq" öz meydanında "Qarabağ"ı qəbul edir.

Premyer Liqanın digər iki oyunu martın 13-də keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri