Emin “Qələbə Günü” mahnısını Azərbaycan dilində oxudu




Xalq artisti Emin Ağalarov (EMIN) Böyük Vətən müharibəsində qələbənin 75 illik yubileyinə həsr olunmuş beynəlxalq aksiyanın iştirakçısı olub.

LİVE.az-ın məlumatına görə, “диктантпобеды.рф” saytında keçirilən musiqi aksiyasında hər kəsə müharibə haqqında ən məşhur və təsirli mahnı oxumaq təklif olunur.

E.Ağalarov aksiyaya ilk qoşulanlardan biri olub. O, bəstəkar David Tuxmanovun Böyük Vətən müharibəsində qələbəyə həsr olunmuş mahnısını Azərbaycan dilində ifa edib. Onun çağırışından sonra Rusiyada yaşayan bir çox həmyerlimiz aksiyaya qoşulub.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri