"Qaraçı" Aygün: bu dəfə yalnızdır

 

Xalq artisti Aygün Kazımova “Calma” mahnısının yeni solo versiyasını təqdim edib.

LİVE.az-ın məlumatına görə, sənətçi Rusiya estradasının pop kralı Filipp Kirkorovla birlikdə səsləndirdiyi "Calma" mahnısını bu dəfə tək ifa edib.

Kazımova mahnıya video çarx da hazırlatdırıb.

Mahnının musiqisi İvan Peevə, sözləri Andrey Morsina aiddir. Videonu Alla Puqaçova ilə çalışan məşhur Alisher lentə alıb.




Xatırladaq ki, ilk dəfə bu mahnını Kazımova ilə Kirkorov 13 il əvvəl, Aygün özünün 35 yaşı münasibətilə Moskva Kremlində verdiyi konsertdə oxumuşdular. "Calma"nın yenilənmiş versiyası "Jara-2019" beynəlxalq musiqi festivalında səslənmişdi.





Aygün Kazımova - Azərbaycan pop musiqisinin ən tanınmış müğənnilərindəndir. Onun karyerası "Bakı payızı-88" musiqi festivalında qələbədən sonra başlayıb. Sonra Yurmaladakı və "Asiya Dausı" müsabiqələrində iştirak edib. 1996-cı ildə İstanbulda beynəlxalq müsabiqənin laureatı olub. Müğənni həm Azərbaycanda, həm xaricdə konsertlər verib.

 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri