Bakıda "Karakomik 2" filminin nümayişi çıxır




16 yanvardan etibarən Nizami Kino Mərkəzində "Karakomik 2" filminin nümayişi başlayır.

Filmdə rollarda yer alıblar - Cem Yılmaz, Ozan Güven, Zafer Algöz, Uraz Kaygılaroğlu, Can Yılmaz, Cem Davran, Cemre Ebuzziya, Umut Kurt və b.

Ssenaristi və rejissoru Cem Yılmaz olan «Karakomik filmler» silsiləsinin davam filmi olan «Karakomik filmler 2» «Deli» və «Emanet» adında iki filmdən ibarətdir. Deli, ən böyük xəyalı sevdiyi qızın qarşısında oturmaq olan bir taksi sürücüsünün gecə növbəsində başına gələn hadisələrdən bəhs edir.

«Emanet» isə istedad müsabiqələrinə qatılıb bu yolla məşhur olmağın xəyalını quran bir rəqqasın hekayəsindən bəhs edir


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri