TQDK-nın Bakı, Abşeron və Sumqayıt məktəbləri üzrə keçirdiyi monitorinq imtahanları başa çatdı

TQDK-nın Bakı, Abşeron və Sumqayıt məktəbləri üzrə keçirdiyi monitorinq imtahanları başa çatdı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası aprelin 23, 24 və 25-də Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərində ümumi təhsil müəssisələrinin V və XI sinif şagirdləri arasında monitorinq imtahanları keçirib.

TQDK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakı, Abşeron və Sumqayıt şəhərləri üzrə ümumi təhsil müəssisələrinin XI sinif şagirdləri aprelin 23-də Azərbaycan dilindən, aprelin 24-də riyaziyyatdan, aprelin 25-də isə fizika fənnindən imtahan veriblər.

Azərbaycan bölməsinin V sinif şagirdləri aprelin 23-də Azərbaycan dilindən, aprelin 24-də isə riyaziyyat fənnindən imtahan veriblər. Rus bölməsinin V sinif şagirdləri isə aprelin 24-də riyaziyyat, aprelin 25-də rus dili fənnindən imtahan veriblər.

Hazırda bu imtahanlarda iştirak edən şagirdlərin cavablarının yoxlanması həyata keçirilir.шаблоны для dle 11.2
Şərhlər
Sosial bölməsinin xəbərləri