Həftədə iki dəfədən tez çimmək sağlamlığa ziyandır

Həftədə iki dəfədən tez çimmək sağlamlığa ziyandır Həkimlər, xüsusilə də maye sabun kimi populyar vasitələrdən istifadə etməklə tez-tez yuyunmağı tövsiyə etmirlər. Onların fikrincə, hətta yayda həftədə iki-üç dəfədən artıq duş qəbul etmək lazım deyil. Trend-in məlumatına görə, bu barədə İTAR-TASS xarci KİV-ə istinadən xəbər verir.

Mütəxəssislər, habelə saçları hər gün yumamağı məsləhət görürlər. İndi gündəlik duş qəbulu kimi Qərbdə qəbul edilmiş gigiyenik standartlar tibbi tövsiyələrə əsaslanmayaraq sırf sosial baxımdan diktə edilir. Amma əksinə, bütün bədənin hər gün, həm də sabun məhlullarının tətbiqi ilə yuyulması sağlamlıq üçün təhlükəlidir. Məsələ ondadır ki, tez-tez yuyunma zamanı dəri örtüyünün turşu-qələvi balansı pozulur, o quruyur, bundan başqa göbələklərdən və bakteriyalardan dərini müdafiə edən təbii "yağlanma" prosesi pozulur.

Məhz maye sabun səthi-aktiv maddələrin yüksək qatılığına ən dağıdıcı təsiri göstərir. Bundan başqa, maye yuyucu vasitələr dəridən çox pis yuyulur. Mövcud elmi araşdırmalar dərinin üst qatının daimi yuyulma zamanı D vitaminini sintezləşdirən zonanın dağılmasına və bu zaman orqanizmdə onun qıtlığının yaranmasını fərz etməyə imkan verir.

Alimlərin fikrincə, sağlamlığın saxlanılması üçün yalnız həftədə iki dəfə duş qəbul etmək hamısından yaxşıdır, gündəlik isə yalnız lokal gigiyenik prosedurlar yerinə yetirilməlidir. Həkimlər, həmçinin qulaqları yuduqdan sonra onları sadəcə dəsmalla silməyi, qulaq çubuqlarından və başqa vasitələrdən istifadə etməməyi məsləhət görürlər.
Şərhlər
Sosial bölməsinin xəbərləri