Bakıda evdə tiryəkxana aşkar olunub

Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Biləcəri qəsəbəsi A.Zeynallı küçəsində yaşayanlar Svetlana İsmayılova və tanışı, əvvəllər məhkum olunmuş Elşən Kərimovun evində tiryəkxana aşkar olunub.

Ora narkotik maddələrin qəbulu üçün gələn Bakı şəhər sakinləri - əvvəllər məhkum olunmuş Zaur Bağırov, Anar Sərxanov və Samir Zərbəliyev saxlanılıblar. Mənzildən 1 qramdan artıq heroin, 5 ədəd şpris və digər vasitələr aşkar edilib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri