Bakıda həbsxanaya vaflinin içində heroin keçirmək istədilər

Bakıda həbsxanaya vaflinin içində heroin keçirmək istədilər 17 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Xidmətin və 17 saylı cəzaçəkmə müəssisəsinın əməliyyat aparatları tərəfindən müəssisəyə narkotik vasitələrin keçirilməsi cəhdinin qarşısı alınıb.

Aprelin 24-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 17 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1985-ci il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.2; 66.5-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Elşən İsrail oğlu Həsənzadəyə vətəndaş Tahir Zülfüqar oğlu Cəfərovun gətirdiyi sovqata baxış keçirilən zaman vaflinin içərisində gizlədilmiş ümumi xalis çəkisi 0,925 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Faktla əlaqədar araşdırma aparılır.


Bakıda həbsxanaya vaflinin içində heroin keçirmək istədilər
Bakıda həbsxanaya vaflinin içində heroin keçirmək istədilər
Bakıda həbsxanaya vaflinin içində heroin keçirmək istədilər
Bakıda həbsxanaya vaflinin içində heroin keçirmək istədilər
Şərhlər
Hadisə bölməsinin xəbərləri