Ağdaşda avtomobilin işıq dirəyinə çırpılması nəticəsində sərnişin ölüb

Ağdaş rayonu ərazisində sürücü avtomaşını işıq dirəyinə vurub, bir nəfər ölüb.

Trend Daxili İşlər Nazirlyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, aprelin 25-də saat 02.00 radələrində Ağdaş rayonu ərazisində rayon sakini Anar Bayramov idarə etdiyi "QAZ-3110" markalı avtomaşını yolun kənarındakı işıq dirəyinə vurub.

Nəticədə Bayramovun xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini, Şəkili kənd sakini Elvin Əzizov orada ölüb.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində tərəfindən araşdırma aparılır.шаблоны для dle 11.2
Şərhlər
Hadisə bölməsinin xəbərləri