Aygün Kazımova dənizkənarında möhtəşəm konsert verib

 



Dənizkənarında Aygün Kazımovanın möhtəşəm solo konserti baş tutub.

3 avqust Mambo Beach Club-da səhnəmizin pop-divası Aygün Kazımovanın solo konserti baş tutub. Konsert proqramına pop-divanın ifa etdiyi onlarla hitlər daxil edilib. Müasir səhnə dizaynı və səs effektləri konsertə xüsusi rəng qatıb.
Baş tutan gecədə müğənni Gözəl ağ libasda səhnəyə çıxıb.

Tamaşaçılarını salamlayan Kazımova bütün yayı dincəlmədiyini, yaradıcılığı ilə məşğul olduğunu bildirib. Bir-birinin ardınca mahnılarını səsləndirən Aygün ifası ilə yanaşı, söhbətləri ilə də tamaşaçıları əyləndirib.

 Gəcənin qonaqı Aygün Kazımovanın qızı İlqarə olub, anasını salamlayaraq o ona dəstə qızıl gül hədiyyə edib.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53