Danışan idman ayaqqabıları

"Google şirkəti" Texas ştatında keçirilən "SXSW 2013" festivalında qışqırıqlarla öz sahibini idman və ya hərəkət etməyə çağıran idman ayaqqabılarını təqdim edib. Bu barədə Trend Engadget.com-a istinadən məlumat verir.

İdman ayaqqabısı "Adidas" tərəfindən hazırlanıb, "Google" isə ayaqqabıları akselerometr, qiroskop və təzyiq ölçən əlavə qurğularla təchiz edib. Bundan başqa, ayaqqabılar hərəkəti izləyə bilən sensorlarla da təmin olunub.

Səs əmrləri verən dinamik ayaqqabının "dil"ində yerləşdirilib. Sistem "Arduino" platası vasitəsilə idarə olunur.
Şərhlər
İnternet bölməsinin xəbərləri

İnstagram"dan yenilik

  • 13 фев, 09:51