Röya: “Mənim kimi qızın sevgilisi olmasa yaxşıdır”




Əməkdar artist Röya Ayxan bu gün “Hər şey daxil” proqramında qonaq olub.

Məşhur müğənninin canlı efirdə əsəbi olması da diqqətdən yayınmayıb.  

Buna səbəb səs texnikasında yaranan problem olub.  Belə ki, “Afaki”ni canlı ifa edən sənətçinin səsi efirdə az eşidilib.  Əməkdar artist mahnını bitirən kimi ansamblını tənqid edib: “Verilişə 10 dəqiqə qalmış aparat qurursuz. “Möhtəşəmsiz””.


Müğənni daha sonra proqramın aparıcısı olan Tolikin suallarını cavablandırıb. O, şou-biznesdə öndə olmasının sirrindən danışıb: “Çox əziyyət çəkmişəm. Çəkilişə vaxtında tez gəlirəm, məsuliyyətli biriyəm. Kimdə bunlar yoxdursa, hər zaman arxadadılar”.

Röya verilişdə sevgilisinin olmamasından da söz açıb: “Mənim kimi qızın sevgilisi olmasa yaxşıdır. Azad adamam, çərçivəni sevmirəm. Məni sıxsalar, öz hisslərimi boğub saxlayaram”.



“Qafqazinfo” 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53