"Borussiya" Dortmund klubu İspaniyanın Real Madrid klubunu darmadağın etdi

"Borussiya" Dortmund klubu İspaniyanın Real Madrid klubunu darmadağın etdiBu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçirilib.

Almaniyanın "Borussiya" (Dortmund) klubu İspaniyanın "Real" (Madrid) klubunu qəbul edib.

Artıq 8-ci dəqiqədə Levandovski ispanları məyus edib - 1:0. 43-cü dəqiqədə Ronaldo hesaba tarazlıq gətirib.

İkinci hissənin əvvəlində Levandovski daha iki qol vuraraq hesabı almanların xeyrinə dəyişib (3:1).

Bu azmış kimi, Levandovski 67-cı dəqiqədə "Real"ın qapısına təyin olunan penalti zərbəsini də dəqiq yetirib - 4:1. Matç elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər oyununda "Bavariya" "Barselona"nı 4:0 hesabı ilə məğlub etmişdi.
Şərhlər
İdman bölməsinin xəbərləri