Bakıdan Ankaraya qatarla gedə biləcəksiz



Sərnişinlər Bakıdan Ankaraya qatarla gedə biləcəklər. Avqust ayından etibarən Bakı-Ankara-Bakı istiqamətdə sərnişin qatarları hərəkətə başlayacaq.

İlk aylarda səfərlər həftədə bir dəfə olmaqla həyata keçiriləcək. Bakı-Tblisi-Qars dəmiryol xətti ilə hərəkət edəcək qatar ilə Ankaraya çatmaq ilkin testlərə görə 40 saata başa gələcək. Artıq qatarın biletlərinin ilkin qiymətləri də açıqlanıb.

Səyahət zamanı sərnişinlərə səhər, günorta və axşam yeməklərinin verilməsi də nəzərdə tutulub.



Qatarda ümumilikdə mövcud olan 53 ekonom kupenin hər birində 4 çarpayı var. Sərnişinlər vaqonda duş və iki sanitar qovşaqdan istifadə edə biləcəklər. Qatarda həmçinin ailə və qruplar üçün kabinlər, cütlüklər üçün lüks və fiziki məhdudiyyətli insanlar üçün xüsusi kabinlər də olacaq. Qatarla eyni anda 246 sərnişin səyyahət edə biləcək.

Qeyd edək ki, hazırda Bakıdan Ankaraya təyyarə ilə 122 manat ödəməklə 2 saat 30 dəqiqəyə, avtobusla isə 78 manat ödəməklə 30 saata çatmaq mümkündür.










 
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri