Pərvinin aeroportda sərxoş görüntüləri yayıldı


Aktrisa Pərvin Abıyeva hava limanında sərxoş halda görüntülənməsi ilə bağlı açıqlama yayıb.

O, qalmaqallı hadisəni təsdiqləyib.

“Limon suyu deyildi, “italyanski” ağ şərab idi. Nə gözəl ki, gəlişim sizə son bir ayda olan hadisələri unutdurdu, sevindim. 28 yaşında yetişkin qadınam, 15 yaşında yeniyetmə deyiləm. Dövlətin aeroportu, təyyarəsidir. Gizlin etməmişəm ki? İçmişəm, içmişəm də, siz içmirsiniz?”- deyə aktrisa bildirib.


///

Tanınmış aktrisa Pərvin Abıyeva və model Səmra Hüseynovanın İstanbul-Bakı reysində sərxoş olduqları iddia edilib.

LİVE.az qafqazinfo-ya istinadla xəbər verir ki, sosial şəbəkə istifadəçisi Aysel Qəribova instaqramda post paylaşaraq Pərvinlə Səmranın Bakıda aeroportda içkili vəziyyətdə olduqlarını qeyd edib. Onun sözlərinə görə, məşhur xanımlar çamadanın üstünə çıxaraq qışqırıblar, bu isə bütün sərnişinlərin narahatlığına səbəb olub.

“Show news” instaqram səhifəsi, həmçinin qeyd edib ki, onlarla birgə şairə Nazilə Səfərli də İstanbuldan qayıdıb, lakin o, yoxlanışdan keçərək aeroportdan sakitcə uzaqlaşıb.

Onu da əlavə edək ki, Pərvin və Səmra şəxsi hesablarında təyyarədə içki içərkən və hava limanında əylənərkən görüntülərini paylaşıb.



 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53