Nigar Camal yeni klipini təqdim etdi



Azərbaycana “Avroviziya” sevinci bəxş edən müğənni Nigar Camal media nümayəndələrini başına toplayıb “Get həyatımdan” adlı bəstəyə çəkilmiş klipinin təqdimatını keçirib.

Sözügedən layihənin rəhbəri və mahnının sözləri Fərid Pənahova, musiqisi isə “Flamingo records”a məxsusdur.

Rejissor Orxan Abrahanovun ərsəyə gətirdiyi ekran işində Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyevin oğlu Murad Qulubəyli də rol alıb.

Təqdimatda aparıcılar Nərgiz Cəlilova, Hacı Nuran, Kamilə Babayeva, müğənnilər ABD Malik, Eldar Qasımov, Samir Cavadzadə və digər tanınmış simalar iştirak edib.

Sözügedən layihənin təqdimatına Mədət Quliyev də təşrif buyurub.

Klip təqdimatından öncə Murad Qulubəyli jurnalistlərin suallarını cavablandırıb, atasının onu daim dəstəklədiyini dilə gətirib.

Nigar isə klipin bir gün ərzində lentə alındığını, şəxsən özü layihədə onunla birgə iştirak etməsi üçün Murada təklif etdiyini vurğulayıb.

Daha sonra tədbirdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev çıxış edib.

“Klipin ərsəyə gəlməsində rolu olan yaradıcı qrup və bura toplaşan əziz jurnalistlər! Sizə baxanda fəxr edirəm. Tam olaraq müstəqil fikri, yaratmağa qadir olan gənclərsiniz. Sizin hamınızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm”, - deyə M.Quliyev əlavə edib.












 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53