“Eurovision 2019” namizədlərimiz bəlli oldu

 

 İctimai Televiziya “Eurovision- 2019” mahnı müsabiqəsində Azərbaycan təmsilçisini müəyyənləşdirmək üçün kastinq elan edib.


LİVE.az xəbər verir ki, “Eurovision”un Azərbaycan üzrə tərəfdaşı “İnfe Azerbaijan” müsabiqəyə namizəd olan 10-dan çox məşhur gəncin adını artıq təqdim edib.


Müsabiqə iştirakçılar arasında “Səs Azərbaycan” mahnı müsabiqəsi ilə populyarlaşan simaları üstünlük təşkil edir.


Görünən odur ki, bu il möhtəşəm seçim turu təşkil olunacaq.


Xatırladaq ki, son illər Avroviziya təmsilçisinin seçimi qapalı keçirilirdi.


İştirakçıları sizə təqdim edirik:

“Səs Azərbaycan”ın finalisti, müğənni Samirə Əfəndiyeva



“Səs Azərbaycan” layihəsi ilə tanınan Vlada Axundova



“Səs Azərbaycan” müsabiqəsinin finalisti Hüseyn Abdullayev



“Səs Azərbaycan”ın qalibi, AzTV-nin solisti Emiliya Yaqubova



Bir neçə dəfə “Eurovision” milli seçim turlarında iştirak edən müğənni Məryəm Şabanova



“O səs Türkiyə” və “Səs Azərbaycan” müsabiqələrində iştirak edən Ruslan Alışan



MTV-də “3 canlı” proqramının aparıcısı, “Səs Azərbaycan” iştirakçısı Tofiq Hacıyev



Rauf və Faiq Mirzəyev əkiz qardaşları- Onlar Azərbaycan ictimaiyyətinə yad olsalar da, Rusiyada kifayət qədər populyardırlar.



Gənc ifaçı  Altun Zeynallı



Gənc ifaçı Sərxan Cəfərov

 

“Səs Azərbaycan” müsabiqələrində iştirak edən Nərmin Kərimbəyova



“Səs Azərbaycan” müsabiqələrində iştirak edən Elvin Novruzov



Gənc ifaçı  Rilaya Huseynzadeh



“Səs Azərbaycan” müsabiqələrində iştirak edən Nərmin Behbudova

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri