“Trend of the year 2018” mükafatlandırma gecəsi keçirilib



"İlin Trendi" Mükafatı il ərzində fərqlənən, yaddaqalan və daha çox izlənilən - trendə çevrilən şəxslərə və ya şirkətlərə təqdim olunub.
 

Live.az xəbər verir ki, İl ərzində sosial şəbəkələrdə və media üzərindən müşahidələrə görə, İlin Trendi hesab edilən namizədlər sorğuda iştirak ediblər və qaliblər müəyyən olunub.
 

İncəsənət, Biznes, Şirkət, Moda, Dizayner, Blogger, Müğənni, Aparıcı, Media, Jurnalist, Fotoqraf, Film, Aktyor, Şair, İdmançı, Stilist, Makeup artist , Model, Dancer, Musiqi, Turizm , Həkim , Kosmetoloq, Psixoloq və sair nominasiyalar üzrə aparılıb.


Qaliblər arasında populayar simalarda çoxdur.


Belə ki, ilin trend müğənilləri arasında Fidan Xaciyeva, Xatirə İslam, Elnarə Xəlilova, Emil Bədəlov, Rahidə Baxışova və Elvin Mirzəzadə olublar.


Trendlər arasında Elza Seyidcahan, Gülüstan Əliyeva, Aynur Dadaşova və Niyami Salam da olsa, tədbirdə iştirak edə bilməyiblər.


"İlin aparıcısı" populyar aparıcı Humay Muxtarova seçilib.


Fitness və idman üzrə qaliblər Salatın Əsədova və Şəms Cavadova olublar.


"Trend of the Year" qalibləri arasında ilin "make up artist"i Nigar İbrahimova və ilin "fashion designer"i Gülnarə Xəlilova vardır.


İlin jurnalistləri nominasiyasını Vüqar İmanov və Əfruzə Ağayeva alıblar.


İlin "PR Manager" nominasiyasını populyar jurnalist Şahin Cavadsoy alıb.
 

Bundan başqa "Trend of the Year" mükafatını populyar şirkətlər və iş adamları alıblar.


Qeyd edək ki, təqdimat mərasimi Caspian Events Group -un təşkilatçılığı ilə  Flame Towers - Park Cinema IMAX - da baş tutub.


Layihənin informasiya dəstəyiçilərindən biri - LİFE.az və LİVE.az-dır.

 































 


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri