Kəlağayı sənətinə dair mədəni və tarixi tədqiqat nəşri işıq üzü görüb [Şəkl]



“BP Azerbaijan” şirkətinin Mədəniyyət Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq miqyasda tanınmasına dəstək olmaq üçün sponsorluq etdiyi kitab ictimaiyyətə təqdim olunub.

Live.az AzərTac-a istinadən xəbər verir ki, kitabda Azərbaycanın möhtəşəm milli sənət nümunələrindən biri olan kəlağayı sənətinə dair müfəssəl mədəni və tarixi tədqiqat öz əksini tapıb.

Kəlağayı sənəti əsl ipəkdən toxunmuş ənənəvi qadın baş örtüyünün hazırlanma və geyim mədəniyyətini əhatə edir. Zərifliyinə, rəngarəngliyinə və gözəlliyinə görə tarixən kəlağayı sənət nümunəsi hesab olunub. Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.




“BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “BP Azərbaycanın gözəl milli sənət nümunələrindən biri olan kəlağayı sənətinin tədqiqi və təbliğinə dəstək olmaqdan qürur duyur. Biz hesab edirik ki, kəlağayı sadəcə bir sənət deyil, o, həm də bütün xalqın simvolizm hikmətini, zəriflik və gözəllik duyğusunun dərinliyini təcəssüm etdirir. Buna görə də, bu sənət əsrlərboyu yaşayaraq günümüzə gəlib çıxmışdır və UNESCO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyası çərçivəsində dünya mədəni irsinin bir hissəsinə çevrilib. Bu gün təqdimatı keçirilən kitab öz rəng çalarlarına, zərif tərtibatına və çapına görə özü-özlüyündə bir sənət əsəridir. İnanırıq ki, bu, kəlağayı sənətinin bütün zənginliyini, fəlsəfəsini və təmtərağını özündə tam əks etdirən bir hədiyyədir”.

“Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini və milli dəyərlərini təbliğ edən təşəbbüsləri, fəaliyyətləri həmişə dəstəkləyib. Bununla biz Azərbaycanın qədim və zəngin mədəni irsinə olan dərin ehtiram və sevgimizi nümayiş etdirmək istəyirik”, - deyə B.Aslanbəyli əlavə edib.

Bu kitab “ExpoOrg” şirkətinin rəhbərliyi ilə Azərbaycan, Gürcüstan, Rusiya və Ukrayna muzeylərində aparılmış dərin tədqiqatın nəticəsidir.
































 
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57