Bakıda iki yeni avtomobil yolu istifadəyə veriləcək [Xəritə]

 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) bu il Bakıda yeni tikilmiş iki avtomobil yolunu istifadəyə verəcək.


LIVE.az xəbər verir ki, bunu KIV-ə qurumun İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

 Ziya Bünyadov prospektini Böyük Şor gölü

Onun sözlərinə görə, bunlardan biri Bakının Yasamal rayonunda "Qanlı göl" adlanan ərazidə inşa olunmuş "sosial ev"lərin yanından keçən, Bakı Dairəvi Yolu ilə Abbas Mirzə Şərifzadə küçəsini birləşdirən yol, digər isə paytaxtın Ziya Bünyadov prospektini Böyük Şor gölü ərazisindən keçməklə Balaxanı-Novxanı avtomobil yolu ilə birləşdirən yoldur: "Bu il hər iki yol qovşağı istifadəyə veriləcək". Bakı Dairəvi Yolu ilə Abbas Mirzə Şərifzadə küçəsi


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Babək prospektində gördüyü işləri dekabrın 10-na qədər tam yekunlaşdıracaq və yolu istifadəyə verəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri