Oksana toy şəklinə fotoşop edib Xosenin yerinə başqa kişini otuzdurub



Rəqqasə-aktrisa Oksana Rəsulova ana olduqdan sonra ilk dəfə kamera qarşısına keçərək reklam çarxına çəkilib.


LİVE.az xəbər verir ki , çarxda istifadə olan şəkil fotoşopla düzəliş olunaraq Elşad Xosenin yerinə aktyorun başı qoyulub.


Bu səbəbdən rəqqasənin  rol aldığı reklam çarxı müzakirələrə səbəb olub.





“Qafqazinfo”ya açıqlama verən aktrisa fotoşopla keçmiş həyat yoldaşı, repçi Elşad Xoseni aktyor Elçin Əfəndiyevlə əvəzləməsinin səbəbini izah edib:


“Mənə elə foto lazım idi ki, ordakı hər iki şəxs birbaşa ekrana baxsın. Sadəcə olaraq bizə bu cür şəkil lazım idi. Orada kimin olub-olmamağı mənə maraqlı deyil. Məhz buna görə həmin görüntüdən istifadə etdik. Başqa heç bir səbəbi yoxdur”.



Qeyd edək ki, ekran işində o, bir növ öz həyatını canlandırıb. Belə ki, onun uzun zamandır ana ola bilməməsi artıq hamıya bəllidir. Elə videoda da Oksana və aktyor Elçin Əfəndiyev övlad sahibi ola bilməyən cütlüyü oynayıblar. Maraqlı məqamlardan biri isə reklamda Rəsulova öz toy şəkilindən istifadə edib. Ancaq şəkil fotoşopla düzəliş olunaraq Elşad Xosenin yerinə aktyorun başı qoyulub.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53