Yeni Zelandiyada nəhəng qeyri-adi dəniz canlısı kadrlara düşüb


Yeni Zelandiyada iki dayver nəhəng soxulcanı xatırladan qeyri-adi dəniz canlısını videoya çəkib.


LIVE.az RİA "Novosti"yə istinadən xəbər verir ki, canlının uzunluğu təqribən 8 metrə çatıb və onun daxili boş olub.


Dayverlər əvvəlcə gördüklərinə inanmayıblar, onlara elə gəlib ki, "coraba oxşayan" belə bir orqanizm mövcud ola bilməz.


Onlar o fikrə gəliblər ki, bu pirosom koloniyasıdır. Bu, balaca məxluqlar birləşərək bütov bir görüntü yaradırlar.


Bundan əvvəl Almaniyada ikibaşlı ilan aşkarlanıb.


 
Şərhlər
Maraqlı bölməsinin xəbərləri