Successful Azerbaijani Women: Bu dəfə uğur sirrləri ilə Flora Kərimova bölüşüb



S.A.W. (Succesful Azerbaijani Women) proyektini səhifəmizdə növbəti buraxılışını təqdim edəciyik.


Bu proyekt çərçivəsində, azərbaycanlı və Azərbaycanda yaşayan qadınlar özlərinin "var olmaq" təcrübələrini bölüşür.


Bu proyektin qonaqları müxtəlif fəaliyyət sferalarından, müxtəlif sosial statusdan olsalar da, hər biri individualdır, hər biri özünə görə gözəldir və onların sizlərlə bölüşmək istədiyi şeylər vardır...


Layihənin müəlifi gənc Nərminə Tayizdir.

///
 
S.A.W.-ın bu dəfə ki qonağı korifey müğənni Flora Kərimova olub. Xalq artisti öz fikirləri ilə bölüşüb.


"Tıq-Tıq Xanım" mahnısı ilə yalnız bir nəsl yetişməyib. Məndə istisna deyiləm. Qızım Zerenin iki yaşında oxuduğu ilk mahnısıda elə o idi. "Gün keçdi" filminin saundtreki isə mənim qəlbimdə xüsusi yer tutur, onunla bağlı xatirələrim var...


Məhz buna görə, Flora xanımla, Azərbaycanın xalq artisti ilə, görüşü bu qədər çox gözləyirdim... Həyatda heçdə az olmayan ümumi tanışlarımızın dediyi kimi, intelegent, təvazökar və çox diqqətcil bir xanım olduğu ortaya çıxdı...





«Mən elə bir insanam ki, həyatda qarşıma çıxan heç bir çətinlikdə geri çəkilmirəm. Ana tərəfindən babam qəssab, ata tərəfindən isə - bəy olmuşdur. Heç bir zaman qəssab babama görə utanmadım, nə də əsilzadə köklərim üçün qürurlanmadım. Lakin, tərbiyəm genlərimlə ötürülmüşdür.

Səhnəyə anam məni 13 yaşımdan gətirdi. Mən uşaq idim, heç bir qərar qəbul etmirdim, heç nə istəmirdim, məni valideynlərim idarə edirdi. Atam istəyirdi ki, peşəm olsun, anam da onu dəstəkliyirdi, hətta ibrətamiz əfsanə danışdı. Mən tibbi həkim-ginekoloq kimi bitirdim, hətta ixtisasa uyğun bir neçə il çalışdım. Lakin, qadın həsədi səbəbi ilə geri çəkilməli oldum...

Heç bir zaman uğur haqqında düşünməmişəm. Heç bir zaman ardından qaçmamışam. Mütləq olan və təbiət tərəfindən yaradılmış bir atmosferdə yaşayıram. Mütləqiyyət isə bizimlə intuisiya dilində ünsiyyət qurur.

Həyatımda elə anlar olub ki, mən evdən tutma özümə qədər hər şeyi itirə bilərdim. Bu elə bir faciədir ki, qadın bununla mübarizə aparmağa gücü yetmir. O ağlayacaq. Özünə qəsd də edə bilər. Lakin! Güclü qadın baş əysə də, qamətini büksə də, dizləri üstündə sürünəcək. İstənilən halda qadın nə isə itirməkdən qorxur. İnanın ki, itiməkdən qorxmaq itirməkdən daha qorxuludur. Yəni, hər zaman "bəlkə"lərlə yaşayırsan.
Hər bir uğursuzluq insanı formalaşdırır.


Öz dünyamda mən özüm özüm üçün cəmiyyətəm. İnsan bununla doğulur. Bu ya var, ya da yoxdur. Xamelion xarakterlər vardır. Lakin, dəyişilməyən bir şey də var- bu mənim Mən"imdir. Xarakter insan ağlına, təcrübəsinə əsaslanır. Lakin, insan hər zaman özünün möhtəviyyatının əsiri olaraq qalır.

Həyatda müxtəlif "ola bilsin"lər ola bilər, ən vacibi isə - TALEH-dir. İnanıram ki, insan taleyi Allah tərəfindən yazılıb və ondan qaçmaq mümkün deyil. Bu həyat məktəbidir; birinin doğru hesab etdiyi, digəri üçün yalnışdır. Biri sənə haqq qazandıra bilsə də, digəri isə səni mütləq günahlandırcaq.

Həyata dair xüsusi reseptim yoxdur. Həyat yoldaşımın bir kəliməsini xatırlayıram, "Mən aktrisa, müğənniyə gəldim, lakin ağıllı qadından uzaqlaşa bilmədim" - düşünürəm ki, bu kəliməylə o hər şeyi deyib.

Mən çox qəliz həyatım olub: çoxsaylı itkilərim, çoxlu çətinliklərim. Artıq 78 il davam edən həyat adlı savaşda məğlub olmam ona lazım deyildi!"


LİVE.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri