Məşhur cütlük uzun müddətdən sonra ilk dəfə birlikdə


Müğənni Gülay Zeynallı və idmançı Kamil Zeynallı da bu il övladını birinci sinfə yola salıb.

LIVE.az xəbər verir ki, cütlük birlikdə çəkilən fotosunu İnstaqram-da paylaşıb.

Gülay qızı Sahilənin şəklinə "İlk dərs günün mübarək, ürəyim. Qızımın simasında bütün uşaqlara uğurlar" sözlərini yazıb. O, şəkildə şərh bölməsini bağlayıb.

Kamil isə şəklə "Qızımızın birinci sinfi başladı. Allah hər kəsin balasını xoşbəxt etsin" sözlərini yazaraq, izləyicilərdən ailə fotosunu yayımladığı üçün üzr istəyib.

Qeyd edək ki, uzun müddətdir birlikdə görünməyən cütlüyün boşanma xəbəri yayılmışdı. Hər iki tərəf bu xəbərləri təkzib etmişdi. Gülay verilişlərdən birində artıq həyat yoldaşı ilə proqramlara qatılmamasının səbəbini "Birlikdə gələndə şəxsi həyatdan danışırıq. Ayrı olanda sənətdən sual verilir" sözləri ilə izah edib.


 
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53