Yıldız Tilbe Bakıda konsert verəcək



Türkiyədə həyata keçirdiyi konsertlərdə möhtəşəmliyi ilə seçilən Yıldız Tilbenin bu dəfəki səyahəti Bakıyadır.



Çizgim Event-Noya Yapım tərəfindən Bakıdakı Baş ofisin oxenbaku səlahiyyətlisi Türkay Kıztaşın məlumatına görə Azərbaycanın paytaxtı Bakıda, 13 Oktyabr, Şənbə günü təşkil olunacaq konsertə böyük maraq var.


3400 nəfərlik tutuma malik Bakı Konqre Mərkəzində konsert keçirəcək Yıldız Tilbe ilk dəfə Azərbaycan mahnılarını səsləndirəcəyi üçün olduqca həyəcanlıdır. Konsertə Azərbaycan ilə yanaşı Gürcüstan və İrandakı prəstişkarları tərəfindən əvvəlcədən biletlərin alındığı qeyd olundu.




Yıldız Tilbenin Azərbaycana ilk dəfə gələcəyi üçün həyacanlı olduğunu qeyd edən təşkilatçılar Bakıda Oktyabr gecəsində bir ulduzun parlayacağını bildirdilər.


Konsertə eyni zamanda sponsor firmaların rəhbərləri və bir çox iş, incəsənət, idman, film, media və qabaqcıl Türk firmalarının rəhbərləri, Türk Baş konsulluğu, Türkiyə Mədəniyyət və Təqdimat Müşavirliyinin də şərəf qonağı olaraq dəvət edildikləri qeyd olundu.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri