Bakının bəzi yerlərində havanın temperaturu 23 dərəcəyədək yüksələcək

Sabah Bakının bəzi yerlərində 23 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 13-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər və axşam duman olacaq. Mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında martın 13-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturunun gecə 5-10, gündüz 16-21, bəzi yerlərdə 24 dərəcəyədək isti, dağlarda gecə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-5 dərəcə şaxta, gündüz 12-16, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.
Şərhlər
Sosial bölməsinin xəbərləri