İsrailin “Eurovision” mahnısı plagiat çıxdı




"Universal Music Studios " səsyazma şirkəti "Eurovision 2018" qalibi Nettu Barzilayı plagiatda ittiham edir.

Live.az məlumatına görə, qafqazinfo xarici KİV-ə istinadən xəbər verir ki, "Toy" ("Oyuncaq") mahnısı ilə İsraili qalib edən Nettunun əslində 2003-cü ildə The White Stripe’s qrupunun "Seven Nation Army" bəstəsini təkrarladığı üzə çıxıb. Məhkəmə mahnının müəllif hüquqlarını müəyyən edərsə, müsabiqənin təşkilatçıları builki qalibi disvalifikasiya etməlidir.

Belə olan halda isə, qalib avtomotik olaraq ikinci yeri qazanan kiprli iştirakçı Eleni Fureyra ("Fuego") seçiləcək.





Şərhlər
Şou-biznes bölməsinin xəbərləri