«Ouşenin 8 rəfiqəsi» Bakıda ekranlara çıxdı

«Ouşenin 8 rəfiqəsi» Bakıda ekranlara çıxdı


 

20 iyun tarixində Park Cinema və «100 Business Women of Azerbaijan» təşkilatçılığı ilə ParBulvar ticarət mərkəzində yerləşənPark Cinemada "Ouşenin 8 rəfiqəsi" filminin qapalı nümayişi baş tutmuşdur.

İş qadının həyatı yalnız işgüzar görüşlər və karyerada müşahidə olunan sınaqlar yox, həmçinin dincəlmək və evə təssüratlarla dolu qayıtmağa kömək edən zəngin asudə vaxtdır. Bunu nəzərə alaraq, Park Cinema və «100 Business Women of Azerbaijan»  layihəsi xanımları çoxdandır gözlənilən "Ouşenin 8 rəfiqəsi" filminin qapalı nümayişinə dəvət etdi.  




 
Kino gecəsinin tərəfdaşları qismində qlobal ödəniş texnologiyalarının lideri MasterCard, həmçinin Coca-Cola şirkəti, italyan restoranı Scalini, Chabiant Winery şərab evi və Cremesso qəhvə markası çıxış etdilər və onların sayəsində qonaqlar möhtəşəm furşetdən zövq aldılar.

Filmin nümayişindən öncə maraqlı viktorina baş tutdu və qonaqlar viktorina zamanı əsas mükafatlar - MasterCard-dan iki ədəd Park Cinema platin kartı və İsmayıllıda möhtəşəm Shato Monolit otelində qalmaq kuponu uğrunda mübarizə apardılar.

"Ouşenin 8 rəfiqəsi" filmi Corc Kluninin rol aldığı "Ouşenin 11 dostu" filminin remeykinin süjet şaxələnməsidir. Proyektin rejissoru "Favorit" və "Aclıq Oyunları" filmləri ilə tanınan Qeri Ross təyin olunmuşdur. Baş rollarda ecazkar aktrisa və müğənnilər - Sandra Bullok və Keyt Blanşettdən tutmuş Rihanna və Enn Heteuveyə kimi yer almışlar.





Sandra Bullok Denni Ouşenin bacısı - Debbi Ouşenin rolunu ifa edir. O, həbsdən azad olur və böyük qarətə hazırlaşır. Ona bu işdə cazibədar xanımlar kömək edir. Qadınlardan ibarət yığmanın məqsədi Dafna Krügerin brilliyant Cartier kolyesidir və onu yalnız sahibinin boynundan Metropolitan-muzeyində baş tutan ən çox mühafizə olunan və pressa ilə işıqlandırılan Met Gala mərasimdən oğurlamaq mümkündür.
 





Filmin bütün baş rollarını qadınlar ifa edir və məhz onlar balı idarə edir və kişi qəhrəmanların kölgəsindən çıxır. Hər bir qəhrəmanın öz məqsədi və öz kostumu var.

«Ouşenin 8 rəfiqəsi» – gözəl cinsin nümayəndələrinin özəlliklə bəyənəcəyi möhtəşəm bir filmdir.
























[/i]
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53