Nəzakət Teymurova Yaşıl Teatrda konsert verəcək




İyunun 20-də  20-00da Yaşıl Teatrda xalq artisti, muğam ifaçısı Nəzakət Teymurova solo konsert proqramı ilə çıxış edəcək.


N.Teymurova musiqi gecəsinə xüsusi repertuar hazırladığını bildirib: “Həmin gün repertuarımda heç zaman ifa etmədiyim mahnılar olacaq. Əksəriyyəti Rəşid Behbudov, Yalçın Rzazadə, Flora Kərimovanın repertuarından olan mahnılardır. Aşıq mahnıları da ifa edəcəyəm.  Demək olar ki, janrı tamamilə dəyişmişik. Səhnədə 15 nəfərlik heyətlə birgə çıxış edəcəm. Bu vaxta kimi muğam konsertlərim, Kamera Orkestri ilə çıxışlarım olub. Bu dəfə isə milli estradaya üstünlük vermişik. Retro mahnılarını yeni tərzdə təqdim edəcəyik”.




Biletləri iticket.az saytından və şəhərin bütün kassalarından əldə etmək olar. Əlavə məlumat üçün: (051) 303-35-40.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri