Elariz sənəti ilə bağlı maraqlı açıqlamalar verib



Azərbaycanlı müğənni Elariz Məmmədoğlu “APA TV”-nin “Show time” verilişində sənəti ilə bağlı maraqlı açıqlamalar verib.


LIVE.az-ın məlumatına görə, ifaçı bildirib ki, illər öncə sənətdə tanınmaq üçün evdə olan qızıllarını satıb:


“Bir çox müğənnilər deyir ki, sənətimin yolunda maşınımı, evimi qurban verdim. Bu söz mənim xoşuma gəlir. İnsan var ki, 3 evi var, birini satır, sənətinə qurban verir. Həmin vəsaiti sənətinə yatırır. Mən bu sənətə təzə başlayanda, 1997-ci ildə sənətimdə nəsə etməli idim. Evimizdə olan qızıl əşyalarını satdım. O pula da mahnılar aldım, kliplər çəkdirdim. Yavaş-yavaş istədiyim mərhələyə yetişdim”.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53