Gəncə yol polisi rəisi nöqsanlara görə işdən çıxarıldı


Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisinin işdən çıxarılması rəsmən təsdiqlənib.

 

LİVE.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rəhim Zalov işdə yol verdiyi nöqsanlarla əlaqədar daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə tutduğu vəzifədən azad edilərək DİN-in sərəncamına götürülüb.

 

DİN-in mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Şərhlər
Hadisə bölməsinin xəbərləri