Bakıda zibil qutusunda doğranmış halda meyiti tapılan qadını öldürən şəxs tutulub



Bakıda öldürülən qadının qətlində şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə mərhumun Bülbülə qəsəbə sakini, 58 yaşlı Lyubov Rəhimova olması və fevralın 12-də yaşadığı evdə tanışı, əvvəllər məhkum olunmuş 50 yaşlı İrina Qorlova tərəfindən küt alətlə qətlə yetirilib, balta ilə hissələrə bölündükdən sonra qeyd edilən məişət tullantıları qutusuna atılması müəyyən edilib.
         

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə İ. Qorlova tutularaq istintaqa təhvil verilib.

 

Faktla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri