Elçin Nazəninin qonağı oldu [VİDEO]


“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.


LİVE.az-ın məlumatına görə, tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı müğənni Elçin Hüseynov olub. İfaçı bildirib ki, konsertə hazırlaşır: “İlk konsertim 2001-2002-ci illərdə olub. Sonra Çingiz Kurtoğlu ilə birgə konsertim oldu. Hələ o zamanlar xaricdən Azərbaycana müğənni dəvət olunmurdu, amma mən 2004-ci ildə Çingiz Kurtoğlunu Azərbaycana gətirmişdim. Ötən il sentyabrın 19-da İranda da gözəl konsertimiz oldu. Bu ayın 22-23-də də İranda konsert olacaq. Bizimlə birgə əməkdar artist Baloğlan Əşrəfov, meyxanaçı Namiq Qaraçuxurlu da olacaq. Bu konsertimin təşkilatçısı isə Yaşar Azərtaşdır. Bu cür konsertlər İranın bir çox şəhərlərində də keçiriləcək.


Qeyd edək ki, “Dostlar” verilişi cümə günü 21:30-da, təkrarı isə bazar günü 20:00-da yayımlanır.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53