Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları tapılıb, sağ qalan yoxdur



LIVE.az-ın xəbərinə görə, LifeNews Interfaks-a istinadən yazır ki, təyyarə 8 il müddətində istifadə olunub.


Daha öncə "Rossiya" aviaşirkətinə məxsus olub, sonrada "Saratov Airlines" ötürülüb.


AN-148 təyyarəsi göyərtəsinə 80 nəfər ala bilir.

///


Moskva ətrafında qəzaya uğrayan sərnişin təyyarəsinin qalıqları tapılıb.
 

LIVE.az-ın xəbərinə görə, APA-nın TASS agentliyinə istinadən yazır ki, qəzaya uğrayan "An-148" təyyarəsində sağ qalanlar yoxdur.

 

Qeyd edək ki, təyyarədə 65 sərnişin və 6 heyət üzvü olub.

 
///

 

Moskvanın "Domodedovo" aeroportundan havaya qalxan "An-148" sərnişin təyyarəsi havaya qalxandan az sonra radardan itib.

 

APA-nın məlumatına görə, bu barədə TASS agentliyinə Təcili Yardım Xidmətindən məlumat verilib.

 

Moskvadan Orska uçan sərnişin təyyarəsi Moskva ətrafında Ramensk rayonuna düşüb.

 

Təyyarənin göyərtəsində 65 sərnişin və 6 heyət üzvü var.

 

///


 

Rusiyada sərnişin təyyarəsi radardan itib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Moskvadan Orska uçan təyyarə radardan itib.

 

Təyyarənin göyərtəsində 65 sərnişin və heyət üzvləri var.шаблоны для dle 11.2
Şərhlər
Dünya bölməsinin xəbərləri

Ərdoğan Vatikana gəlib

  • 05 фев, 13:39