Cazibədar Afaq Gəncəli gənclərlə +18 film izlədi




Park Cinema kinoteatrlar şəbəkəsi və ADDIM Gənclər Təşkilatı artıq 3 ildən çox davam edən Cinemaya Addımla layihəsi çərçivəsində növbəti film nümayişi baş tutub.  

LİVE.az-ın xəbərinə görə, kinoteatrlarda film izləmə ənənəsi və mədəniyyətinin təbliği məqsədi ilə həyata keçirilən "ParkCinemaya ADDIM-la" adlı layihəsinin yeni ildə ilk qonağı teleaparıcı Afaq Gəncəli olub.

Layihə çərçivəsində aparıcı gənclərlə bərabər rejissor Ceyms Foulinin  qalmaqallı "Azadlığın əlli çaları" filminə baxıblar. Nümayişdə media nümayəndələri, Addım Gənclər təşkilatının üzvləri iştirak ediblər.

Tədbirin əvvəlində ParkCinema nümayəndəsi Lalə Ələkbərova, ADDIM Gənclər Təşkilatının yaradıcısı Hüseyn Cavadzadə və Afaq Gəncəli çıxış edərək qonaqları salamlayıblar. Filmin dünya premierasından 1 gün öncə nümayiş olunduğu qeyd olunub. teleaparıcı Afaq Gəncəli "Çoxdandı gənclərlə birlikdə film izləmədiyini və bunu onun üçün xüsusi maraqlı olduğunu qeyd edib"

Filmdə Dakota Jhonson, Jamie Dornan, Eric Jhonson, Kim Bessinger, Max Martini və başqa məhşur ulduzlar rol alıblar. Filmin 3-cü hissəsi qəhrəmanların evlilikdən sonrakı həyaından bəhs edir.





















 

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri