Elman Rüstəmov: “Mərkəzi Bankın valyuta ehtiyatları 5,3 milyard dollara çatıb”

“Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb”.

 

Mərkəzi Bankdan APA-ya verilən məlumata görə, bunu 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasda AMB  İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

 

“Strateji ehtiyatlar 2017-ci ilin əvvəlinə nəzərən  4,2 milyard dollar artaraq ilin sonuna  42 milyard ABŞ dolları təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları isə 34% artaraq ilin sonuna 5,3 mlrd. ABŞ dolları təşkil edib”, - deyə E.Rüstəmov vurğulayıb.шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri