“Fitch” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiq edib



“2017-ci ildə Azərbaycanda makro-sabitlik yaxşılaşıb”.

 

LIVE.az-ın məlumatına görə, bu barədə APA “Fitch” beynəlxalq reytinq agentliyinin yaydığı məlumata istinadən xəbər verir.

 

Bildirilir ki, neft qiymətlərinin tədricən artması, o cümlədən sərt monetar və fiskal siyasət nəticəsində dolların manata nisbətən məzənnəsi apreldən etibarən 1,70 manat səviyyəsində stabilləşib. “Bu da öz növbəsində, 2017-ci ildə 12,9% səviyyəsində olan inflyasiya təzyiqlərini azaltmağa gətirib çıxarıb. Ötən ilin mart ayı ilə müqayisədə apreldən etibarən inflyasiya azalıb. Kreditlərin və depozitlərin dollarlaşma səviyyəsi (2017-ci ilin noyabrın sonuna müvafiq olaraq 40,6% və 72,1%) yavaş-yavaş azalır, bu da məzənnəyə inamın müəyyən qədər artdığını göstərir. Neft qiymətlərinin sabit olması ilə bağlı gözləntiləri nəzərə alaraq növbəti iki il ərzində manatın məzənnəsinin dəyişməyəcəyini proqnozlaşdırırıq,” - deyə məlumatda qeyd olunub.


///


“Fitch” beynəlxalq reytinq agentliyi Azərbaycanın emitentin uzunmüddətli xarici və yerli valyutada defolt reytinqi üzrə proqnozuna yenidən baxıb.

 

Agentliyini yaydığı məlumatda bildirilir ki, proqnoz “neqativ”dən “stabil”ə yüksəldilərək “BB+” səviyyəsində təsdiq olunub.шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri