MBNP: Ötən il banklar kreditləşməni 5 mlrd. manatadək azaldıb


Bankların müştərilərə verdiyi kreditlərin həcmi ötən il əhəmiyyətli dərəcədə azalıb.

 

APA-ya Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı statistikaya əsasən xəbər verir ki, ötən ilin dekabr  ayının 31-nə bankların müştərilərə verdiyi kreditlərin məbləği  11 mlrd. 337,6 mln. manat təşkil edib ki, bu da noyabr ayı ilə müqayisədə 442,6 mln. manat və ya 3,76% azalma deməkdir.

 

Ümumiyyətlə 1 il ərzində banklar kreditləşməni 4  mlrd. 600,7 mln. manat və ya 28,87% azaldıb.  

 

Hesabat dövründə banklar kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün 1 mlrd. 476,5 mln. manat məqsədli ehtiyat ayırıb. Bu, ötən ilin noyabr ayındakı göstəricidən 160,2 mln. manat və ya 9,79% azdır.шаблоны для dle 11.2
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri