Səməd Səmədov: “Bu sözü bir müğənni işlədə bilməz”


“Lider TV”-nin “Dostlar” verilişinin növbəti buraxılışı yayımlanıb.


Tanınmış müğənni Nazəninin təqdimatında yayımlanan verilişin bu həftəki qonağı xalq artisti Səməd Səmədov olub. Xalq artisti bu günə qədər sevilməsinin səbəbi barədə danışıb: “


”Bu sözü bir müğənni işlədə bilməz. Məni el şənliklərinə ona görə dəvət eləmirlər ki, yaxşı müğənniyəm. Məndən də qat-qat yaxşı oxuyan müğənnilərimiz var. Məni verilişlərə ona görə dəvət edirlər ki, mən sadəyəm. Dəvət aldığım verilişlərə, tədbirlərə yarım saat tez gəlirəm. Bundan başqa gərək insanın ürəyi təmiz olsun. Mənə deyirlər ki, gör neçə yaşınız var, amma hələ cavan qalmısınız. Mən də cavab olaraq deyirəm ki, qurdlu insan tez qocalır. Rəhmətlik İlhamə Quliyeva deyirdi ki, kimin arxasınca çox danışırlarsa, demək o insan yaşayır. Deməli həmin insan populyardır, dəbdədir”.


Qeyd edək ki, “Dostlar, bizi unutmayın” verilişi həftənin bazar günləri saat 20:00-da “Lider TV”-də yayımlanır.






Lent.az
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53