Makron münaqişənin həllindən sonra Dağlıq Qarabağa səfər edəcəyini bəyan edib



"ATƏT-in Minsk qrupunun həmsədr ölkəsi kimi Fransa Dağlıq Qarabağ münaqişəsinin bütün tərəflərini dinləmək yolunu davam etdirəcək".

 

APA-nın “News.am”a istinadən verdiyi xəbərə görə, bunu Fransa prezidenti Emmanuel Makron Fransanın erməni təşkilatlarının Əlaqələndirmə Şurasının illik ziyafətində deyib.

 

Çıxışında “erməni soyqırımı” və Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan E. Makron bildirib ki, Fransa kompromis tərəfdarıdır və “status-kvo” problemin həlli deyil.

 

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə dəvət olunan E. Makron bir gün bu səfəri gerçəkləşdirəcəyini və həmin gün münaqişənin həll olunduğunu söyləyəcəyinə ümidvar olduğunu bildirib.


шаблоны для dle 11.2
Şərhlər
Siyasət bölməsinin xəbərləri