Gəncədə silahlı insident: polis yaralandı


Gəncə şəhərində polis əməkdaşına odlu silahdan atəş açılıb.

LİVE.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində baş verib. Gecə saatlarında hələlik şəxsiyyəti bilinməyən şəxs tərəfindən polis əməkdaşına odlu silahdan atəş açılıb.

Polis əməkdaşı ayağından güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri